Воскресенье, 18 08 2019
Войти Регистрация

Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *

Алесь Карлюкевич. Родители всегда добрые!.. Рассказ. Читаем на русском и азербайджанском

Родители всегда добрые!..

 

Наталья Викентьевна была в чрезвычайно хорошем настроении. Ее ректорские заботы приносили хорошие результаты. А еще ее признали одним из лучших математиков Европы. Только что эту новость передал коллега из Франкфурта. В Германии традиционно отмечали алгебраистов мира – то престижной премией, то присуждением звания почетного профессора или академика в том или ином авторитетном университете.

Быть лидером в профессии, в науке – разве не к этому Наталья Викентьевна стремилась всю жизнь?! Возможно, поэтому и ребенок у них с Анатолием Сергеевичем был только один – любимый сынок. Между прочим, тоже математик. Правда, защитив после аспирантуры кандидатскую диссертацию,  Игнат занялся предпринимательством. И довольно успешно. Мать и отец нарадоваться не могли сыном. Правда, не только за успешное устройство в жизни. Игнат еще и женился рано. Жена – тоже Наталья. Приятная деревенская девушка, с “красным дипломом” закончившая медицинский университет. И на работе у нее спорилось. А еще Наталья и Игнат – родители трех ребят. Профессор и знаменитый в Беларуси математик часто повторяла мужу:

– Какие они молодцы! И на работе успевают, и на детей, на семейные хлопоты у них времени хватает.

– За нас план перевыполняют, – улыбался Анатолий Сергеевич.

Счастливые дедушка и бабушка с особенной любовью относились к своим внукам – девятилетнему Игорю, шестилетнему Вячеславу и трехлетней  Марийке. Баловали их как могли. При любом случае отправлялись в город, чтобы в подарок детям что-то найти. И как только минута свободная выпадала – ехали к сыну и невестке, к внукам.

Вот и сегодня, в субботу, Наталья Викентьевна вырвалась из университета сразу после обеда,  везла своим любимцам гостинцы, прихватив их дома еще утром. Подъехав к котеджу с большой детской площадкой, она даже о своей личной профессиональной радости забыла. Зато припомнила новые слова, которые придумала в прошлую субботу Марийка. Подумала в очередной раз, что не иначе, как артисткой станет их внучка. Так уж любит покрасоваться, такая говорливая и непосредственная. “Хотя в ее возрасте, наверно, все дети такие”, – едва не вслух промолвила Наталья Викентьевна.

У нее были свои ключи от входных дверей. Потому и не звонила, отомкнула двери и вошла… И уже в коридоре поняла: что-то неладное. Бросила взгляд в гостиную и увидела   Славика, который стоял в углу и шмыгал носом. А на его кудрявых волосах висела вермишель и  кружочки морковки. Аппетитные, красненькие. Видно, из супа. Однако не засмеешься,  глядя на такой натюрморт. Из кухни выглянула невестка. Мрачная, будто  произошло что-то серьезное. Бабушка, торопливо поздоровавшись с любимой невесткой, подошла  к внуку. Спросила:

 – Что случилось, Славик?

Видно было, что конфликт уже подошел к завершению. Об этом свидетельствовали и почти спокойные слова невестки:

– Есть не хочет. Как ни уговаривала, он все отодвигает и отодвигает тарелку. Хотя сам же просил такой суп сварить, – на лице Натальи пробилась улыбка. – Вот я ему кастрюлю и вылила на голову!.. Пусть знает!..

–  Хорошо, что не тарелку перевернула, а то еще и черепки остались бы на голове! – нашлась Наталья Викентьевна.

Бабушка положила на стул упаковки с подарками и решительно добавила:

– Собирайся, Славик! Поедем к нам, если тебя дома не любят. Дедушка скоро с рыбалки вернется. Я тебе карасиков нажарю.

Такой рассерженной в этом доме Наталью Викентьевну давно не видели. Невестка не знала что и сказать. Первым молчание нарушил Славик:

–  Никуда я, бабушка, не поеду. Скоро папа придет с работы. Мы вместе с Игорем пойдем на тренировку в бассейн. А родителей надо всегда любить. Им трудно. Но они и когда сердятся, остаются добрыми. Особенно мама.

Наталья Викентьевна и невестка переглянулись – и широкие улыбки появились на их лицах.

 

Алесь Карлюкевич

 

 

Valideynlər hər zaman xeyirxah olurlar!..

 

Natalya Vikentyevnanın ovqatı həddən artıq yaxşıydı. Onun rektor qayğıları yaxşı nəticələr vermişdi. O həm də Avropanın "ən yaxşı riyaziyyatçılarından biri” adını qazanmışdı. Bu xəbəri ona bir az öncə Frankfurtdakı həmkarı xəbər vermişdi. Almaniyada ənənəvi olaraq dünyanın riyaziyyatçıları üzrə cəbr müsabiqəsi keçirilmişdi; müsabiqəyə görə ya sanballı mükafat, ya da bu və ya digər mötəbər universitetin fəxri professoru yaxud akademiki titulu verirdilər.

Elm sahəsində ixtisası üzrə lider olmaq! Məgər Natalya Vikentyevna bütün ömrü boyu buna çalışmamışdımı?! Və görünür, elə buna görə də əri Anatoli Sergeyeviçlə birlikdə bircə uşaq – sevimli oğlan uşağı böyütmüşdülər. Yeri gəlmişkən, o da riyaziyyatçıydı; doğrudur, aspiranturadan sonra namizədlik dissertasiyasını müdafiə edən İqnat başladı sahibkarlıqla məşğul olmağa. İşləri də uğurla alınırdı. Ana və ata oğulla çox da fərəhlənə bilmirdilər. Onlar üçün əsas məsələ təkcə oğlanlarının uğurlu həyat qurması deyildi. Axı İqnat tez evlənmişdi. Arvadının adı da Natalya idi. Gülərüz kəndli qızıydı, tibb universitetini "qırmızı diplom”la bitirmişdi. İşləri də pis getmirdi. Bundan başqa Natalyayla İqnatın üç uşağı vardı. Belarusun məşhur riyaziyyatçı professoru tez-tez ərinə deyirdi:

– Gör nə yaxşı uşaqlardı! Sağ olsunlar, həm işə, həm uşaqlara, həm də ailəyə vaxt çatdırırlar.

– Bizim əvəzimizə planı artıqlamısyla doldururlar,– deyə Anatoli Sergeyeviç gülürdü.

Xoşbəxt baba və nənə nəvələrinə xüsusilə çox böyük sevgiylə yanaşırdılar; doqquz yaşlı İqoru, altı yaşlı Vyaçeslavı və üç yaşlı Mariykanı həddən artıq çox istəyirdilər. Nəvələrini mümkün qədər ərköyüncəsinə əzizləyirdilər. Elə fürsət düşən kimi şəhərə gedir, uşaqlara nəsə bir hədiyyə alırdılar. Vaxt tapan kimi gedirdilər oğlanlarına, gəlinlərinə, nəvələrinə baş çəkməyə.

Bu gün də şənbə günüydü, Natalya Vikentyevna nahardan sonra universitetdən tələsik çıxdı, hələ səhərdən evdə büküb hazırladığı bəxşişləri götürüb düz sevimli nəvələrinin yanına getdi. Qadın balaça uşaq meydançası olan kottecə yaxınlaşarkən öz şəxsi peşə sevincini belə unutmuşdu. Lakin ötən şənbə Mariykanın tələffüz elədiyi yeni sözləri yadında saxlamışdı. Bu dəfə də düşündü ki, Mariykadan yaxşı aktrisa çıxacaq. Axı qızcığaz özünü göstərməyi sevir, dil-dil ötür, istiqanlı və səmimidir. "Əlbəttə, görünür, onun yaşındakı bütün uşaqlar elə belə olur”, Natalya Vikentyevna öz-özünə pıçıldadı.

 

Kottecin giriş qapısını açmaq üçün nənənin öz açarı vardı, buna görə də zəngi basmadı, qapını açıb içəri girdi...Elə dəhlizdəcə hər şeyi anladı: nəsə bir iş var, nəsə olub! Qonaq otağına boylandı, Slaviki gördü. Küncə çəkilib oturmuşdu, qaşqabağını tökmüşdü. Əriştə salxımları, bişmiş yer kökünün qırmızı dilimləri onun qıvrım saçları üstünə tökülmüşdü. Adamın lap iştahası da gəlirdi. Görünür, bunlar şorba qazanından çıxmışdı. Əlbəttə, belə bir mənzərə gülməli də deyildi. Mətbəxdən gəlini boylandı, hirsliydi, sanki ciddi nəsə baş vermişdi. Nənə sevimli gəliniylə tələsik salamlaşdı, nəvəsinə yaxınlaşıb soruşdu:

– Slavik, noolub, əzizim?

Görünür münaqişə artıq bitmişdi, gəlin sakit-sakit danışırdı:

– Yemək istəmir! Nə qədər yalvar-yaxar edirəm, xeyri yoxdu, rədd edir, boşqabını da itələyir. Halbuki özü istəmişdi şorba bişirim! – Natalya gülümsündü, – bax elə buna görə də bütün qazanı onun başına tokdüm! Qoy bilsin! Görk olsun!..

– Yaxşı ki, boşqabı çırpmamısan uşağın başına! Yoxsa kəlləsində boşqabın qırıntıları da qalardı! – Natalya Vikentyevna bir qədər üzünü turşutdu.

Nənə gətirdiyi hədiyyə bağlamalarını stulun üstünə qoydu, qətiyyətlə əlavə elədi:

  Slavik, hazırlaş, mənim balam! Gedirik bizə! Əgər səni bu evdə sevmirlərsə, bizə gedirik! Bir azdan baban balıq tutmaqdan qayıdacaq. Səninçün qəşəng balıqlar qızardacam...

Bu evdə Natalya Vikentyevnanı heç vaxt belə əsəbi görməmişdilər. Gəlin heç bilmədi nə desin. Sükutu birinci Slavikin özü pozdu.

– Nənə, mən heç yerə getməyəcəm. Bir azdan atam işdən qayıdacaq. Biz də İqorla birlikdə hovuza gedəcəyik, məşqə. Valideynləri isə hər zaman sevmək lazımdı. Onlar üçün çətindi. Onlar əsəbiləşəndə belə, xeyirxah olurlar.. Xüsusilə mənim anam kimi...

Natalya Vikentyevna və gəlin təəccüblə bir-birinə baxdılar, onların üzünə xəfif təbəssüm qonmuşdu.

 

Tərcümə etdi: Kamran Nəzirli / На азербайджанский перевел Камран Назирли

Публикация размещена на сайте издания «Адалат», а также на популярном портале AZpress.AZ 

Прочитано 234 раз
Авторизуйтесь, чтобы получить возможность оставлять комментарии